İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Litani çayının şimalında və Bekaa vadisində yerləşən Hizbullah milislərinin hərbi bazalarına və yeraltı obyektlərinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalının verdiyi məlumatda deyilir.
Bildirilib ki, İsrail təyyarələri yerüstü hədəflərə ən azı 25 hava hücumu həyata keçirib. İntensiv bombardmanlar Cəbəl Reyhan və Cabbur dağlıq ərazilərini, eləcə də son günlərdə Hizbullah fəaliyyətinin qeydə alındığı Vadi əl-Mahmudiya dərəsini əhatə edib.