İsrail Livanın cənubundakı Hizbullahın hədəflərini vurdu
17:13 28.09.2025
Dünya
351
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubunda şiə Hizbullah təşkilatının hərbi obyektlərinə azı üç zərbə endirib.
Teleqraf "Al Hadath TV"yə istinadən xəbər verir ki, təyyarələr Səhl əl-Cermuk düzündə və Vadi əl-Əxdar dərəsində şiə yaraqlılarının bazalarına raket zərbələri endirib. Hadisə şahidləri ərazidə güclü partlayış səslərinin eşidildiyini bildiriblər. Hazırda hava hücumlarına məruz qalan ərazilərdən qalın tüstü yüksəlir. Ölən və yaralananlar barədə məlumat verilmir.
Telekanalın məlumatına görə, İsrail təyyarələri Livanın hava məkanında qalır, Bekaa vadisi və Suriya ilə həmsərhəd dağlıq ərazi üzərində alçaq hündürlükdə uçur.
Sentyabrın 26-da İsrail təyyarələri Hizbullahın Baalbek bölgəsində dəqiq raketlərin istehsal olunduğu və saxlanıldığı yeraltı obyektini məhv edib.
Sentyabrın 21-də İsrailin pilotsuz təyyarəsinin Livanın cənubundakı Bint Cbeil şəhərinə endirdiyi zərbə nəticəsində üçü uşaq olmaqla beş nəfər həlak olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm