İsrail İranla bağlı vəziyyəti yaxından izləyir.
APA xəbəər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Effri Defrin bildirib.
“İranla bağlı vəziyyəti yaxından izləyirik və İsrail vətəndaşlarını qorumağa hazırıq”, – deyə qurum rəsmisi deyib.
Onn sözlərinə görə, İsrail ordusu tərəfdaşlarla tam koordinasiyalı şəkildə fəaliyyət göstərir və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atılır.
“IDF qüvvələri yüksək hazırlıq vəziyyətindədir", – sözçü vurğulayıb.
O əlavə edib ki, hazırda təhlükəsizlik təlimatlarında dəyişiklik yoxdur.
“Əgər hər hansı dəyişiklik olarsa, bu barədə dərhal məlumat veriləcək”, – deyə açıqlamada bildirilir.