İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi: Biz girov razılaşmasını qəbul etməliyik

HAMAS-la girov razılaşması var və bu razılaşmanı qəbul etməliyik.

APA “The Times of Israil”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

"İsrailin Müdafiə Qüvvələri razılaşma üçün şərait yaradıb, indi bu Netanyahunun əlindədir," – deyə Zamir bildirib.