İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" hərəkatının "Radvan" xüsusi təyinatlı qüvvələrinin təlim düşərgəsinə, silah anbarlarına və hərbi obyektlərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.
"İsrail ordusu "Radvan"ın hərbçilərə və mülki şəxslərə qarşı hücumların hazırlanması üçün istifadə olunan təlim düşərgəsinə zərbələr endirib. Təlimlərin bir hissəsi olaraq, həmin obyektlərdə terrorçulara müxtəlif silahların istifadəsi öyrədilib", - deyə SAXAL-ın yaydığı məlumatda bildirilib.
İsrail ordusundan verilən məlumata görə, belə hərbi obyektlərin mövcudluğu və təlimlərin keçirilməsi İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması hesab olunur:
"SAXAL istənilən təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcək".