İsrailin Müdafiə Qüvvələri İranın İsfahan bölgəsinə hava zərbəsi endirəcəyini elan edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" ordunun rəsmisi Kamal Penhasinin "X" sosial şəbəkəsindəki bəyanatına istinadən məlumat yayıb.
Bu səbəbdən İsrail həmin ərazidəki sənaye zonasında olan bütün vətəndaşları təcili təxliyə olunmağa çağırıb: "Yaxın dəqiqələrdə İsrail ordusu İsfahan bölgəsindəki hərbi infrastruktura hücum edəcək. Vətəndaşlar, dərhal bu ərazini tərk edin".
Qeyd edək ki, İsfahanda İranın ən böyük nüvə obyekti yerləşir.