İsrail ordusu Livana yeni zərbələr endirdi

İsrail ordusu Livana yeni zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücumun məqsədi şiə Hizbullah milislərinin bir qrupunu məhv etmək olub:

"Hizbullahın atəşkəs razılaşmasını davamlı şəkildə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Xerbet Selem bölgəsində Hizbullah terrorçularına zərbə endirib", - deyə ordunun açıqlamasında bildirilib.