İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Qəzza zolağının şimal hissəsində radikal qruplaşmalara aid uzunluğu təxminən 2 kilometr olan yeraltı tuneli partladaraq məhv ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin Şimal briqadası Beyt-Lahiya bölgəsində HƏMAS-a məxsus yeraltı tuneli aşkarlayaraq sıradan çıxarıb.
Ordunun açıqlamasında qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirir.