İsrail Somaliləndin müstəqilliyini tanıyan ilk ölkə oldu

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Somaliləndi müstəqil və suveren dövlət kimi rəsmi surətdə tanıdığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanasının X səhifəsində məlumat yayılıb.

"Netanyahu, xarici işlər naziri Gideon Saar və Somaliləndin prezidenti (Abdurəhman Məhəmməd Abdullahi) birgə bəyannamə imzalayıblar. İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somaliləndlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır", - məlumatda bildirilib.

Qeyd edək ki, Somalilənd 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib və o vaxtdan bəri suveren müstəqil dövlət kimi tanınmağa çalışır. Lakin indiyə kimi heç bir ölkə və ya beynəlxalq təşkilat bu addımı atmayıb. Dünya birliyi Somaliləndi Somalinin bir hissəsi kimi tanıyır.