İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini artilleriya atəşinə tutub.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Mayadeen" telekanalı məlumat verib.
Mərmilər Əl-Mantara bəndinin yaxınlığında və Mşeyrifə və Rasem əl-Qabu kəndlərinə düşüb. Mülki şəxslər arasında itki olmayıb.
Gün ərzində İsrail təyyarələri Dəraa şəhəri və ətraf ərazilər də daxil olmaqla, Suriyanın cənubunda aktiv kəşfiyyat aparıb, lakin heç bir yerüstü hədəfə zərbə endirməyib.