İstanbul aeroportlarında ləğv olunan uçuşların sayı 124-ə yüksəlib - YENİLƏNİB

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə daha 46 uçuş ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə "Pegasus" aviaşirkətinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanından planlaşdırılan 46 daxili və xarici uçuş hava şəraitinə görə ləğv edilib.

Bununla da İstanbuldan yanvarın 12-si həyata keçirilməsi planlaşdırılan, ancaq ləğv olunan uçuşların sayı 124-ə yüksəlib.

Daha əvvəl Türk Hava Yolları (THY) İstanbul Hava Limanından planlaşdırılan 54, "AJet" aviaşirkəti isə Sabiha Gökçen Hava Limanından reallaşdırılması nəzərdə tutulan 24 uçuşun ləğv edildiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.

11 yanvar, 22:12

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə 78 uçuş ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) və "AJet" şirkətlərinin yaydığı açıqlamada qeyd olunub.

Aviaşirkətlərdən bildirilib ki, ləğv olunan uçuşların 54-ü İstanbul Hava Limanına (THY), 24-ü isə Sabiha Gökçen Hava Limanına ("AJet") aiddir.

Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.