İstanbul Hava Limanından ilk daxili aviareys mayın 28-də keçiriləcək


İstanbulun yeni hava limanından ilk ölkədaxili aviareysin mayın 28-də keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə aeroportun idarə heyətinin sədri Kadri Samsunlu bildirib.

O, COVID-19-la bağlı hava limanında alınacaq qabaqlayıcı tədbirlər barədə də danışıb. Bildirib ki, aviareyslərin bərpasından sonra ilk gündən etibarən aeroportun binası təmiz hava ilə təmin olunacaq, termal kameralar quraşdırılacaq. Terminallara və təyyarəyə maskasız heç kim qəbul edilməyəcək. Çantalar dezinfeksiya olunacaq, qida məhsulları isə xüsusi paketlərdə satılacaq.

Qeyd edilib ki, hazırda bu hava limanından çarter reysləri ilə təxliyə işləri aparılır, karqo uçuşları isə fasiləsiz davam edir.