İsveçdə muzey biletləri bahalaşır
Yusif Nəzərli
05:51 03.05.2025
Dünya
400
2023-cü ildə İsveçdə ictimai muzeylərə ödənişsiz girişin ləğvindən sonra tamaşaçıların sayı kəskin şəkildə azalıb.
AZƏRTAC xəbər verir ki, güzəştli girişin olmadığı artıq üçüncü ildə 32 mərkəzi muzeyin əksəriyyəti qiymətləri qaldırıb. Bu gün biletin orta qiyməti 160 İsveç kronu (təxminən 15 dollar) təşkil edir.
Onlardan ən bahalı olanları - açıq hava muzeyi və əvvəldən pulsuz qəbul proqramına daxil olmayan “Skansen” zooparkıdır. Biletlərin qiyməti mövsümdən asılı olaraq 220 ilə 285 kron (müvafiq olaraq 20-26 dollar) arasında dəyişir. Rəhbərlik bunu onunla izah edir ki, “Skansen” nəhəng bir ərazini – 300 min kvadratmetri əhatə edir və muzeyi, zooparkı və tədbir sahəsini özündə ehtiva edir, dövlət tərəfindən maliyyələşdirmə isə xərclərin yalnız kiçik bir hissəsini əhatə edir.
“Biz “Skansen”in canlı və açıq olmasını istəyirik. Ancaq təmir olunmasa, hər şey dağılmağa başlayacaq. Biz məmnuniyyətlə uşaqlar üçün girişi pulsuz edərdik, lakin iqtisadi vəziyyət buna imkan vermir”, - deyə “Skansen”dən bildirilib.
Əvvəllər girişi pulsuz olan muzeylər arasında ən nəzərəçarpacaq qiymət artımı İqtisadiyyat və Tarix Muzeylərində, eləcə də Silah Palatasında müşahidə olunub. Biletin qiyməti 150-dən 180 kron-a (müvafiq olaraq 14 və 17 dollar) qalxıb. Onların hamısı “Dövlət Tarix Muzeyləri” strukturunun tərkib hissəsidir ki, qiymət siyasətinə mədəniyyət tədbirlərinin, o cümlədən kinoteatrların qiymətlərinin ümumi səviyyəsi nəzərə alınmaqla, eləcə də istismar xərclərinin artması ilə əlaqədar yenidən baxılıb.
Bununla belə, bəzi muzeylər, o cümlədən ArkDes Memarlıq və Dizayn Muzeyi giriş ödənişlərindən imtina edib. Bu da Dövlət Muzeyləri rəhbərliyinin sözlərinə görə, ziyarətçi sayının iki dəfə artmasına səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm