İsveçrənin cənub-qərb regionunda ölümlə nəticələnən partlayış və yanğında azı 100 nəfər yaralanıb, 40 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Le Nouvelliste" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Crans-Montana" xizək kurortunda yerləşən "Le Constellation" barında naməlum səbəbdən partlayış baş verib.
Polisin açıqlamasında bildirilib ki, ərazi tamamilə bağlanıb və kurortun üzərində uçuşa qadağa qoyulub.