Kadırov xəstəxanaya yerləşdirildi

Çeçenistan lideri Ramzan Kadırov 24-25 dekabr gecəsi təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.

Teleqraf.xəbər verir ki, bu barədə "Novaya Gazeta" məlumat yayıb.

Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında Kadırovun səhhəti kəskin şəkildə pisləşib və o, təcili yardım maşını ilə Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

Məlumata görə, Kadırov Moskvada çətinliklə özünə gəlib, sonra evə buraxılıb.

Kadırov daha öncə səhhətindəki problemləır haqqında bəzi etiraflar edib: "Əsəb pozuntularım, daim gərginliyim var, sanki cərəyan stulunda oturmuşam", - deyə Çeçenistan lideri qeyd edib.

Bu ilin iyul ayında Türkiyənin "Milliiyyət" qəzeti Kadırovun Türkiyənin cənub-qərbində tətildə olarkən az qala boğulacağını və səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirildiyini yazmışdı. Dekabr ayında "Vorstka"nın mənbələri Çeçenistan liderinin səhhətinin pisləşməsi səbəbindən respublika sakinləri ilə illik "canlı yayım"ını keçirə bilmədiyini bildirmişdi".