Çeçenistan lideri Ramzan Kadırovun oğlu 18 yaşlı Adam Kadırov Qroznıda ağır yol qəzasına düşüb.
Axar.az xəbər verir ki, bu barədə müxalif “Niyso” xəbər kanalı məlumat yayıb.
Məlumata görə, Adam Kadırov qəzada ağır xəsarət alıb və xəstəxanalardan birinə yerləşdirilib.
Qəzada digər şəxslərin də yaralandığı deyilir.
***
Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb.
Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir.
Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib.
Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam Kadırov və Həmzət Çimayevin ətrafı hələlik açıqlama verməyib. Qəzanın detalları və xəsarət alanların real vəziyyəti barədə dəqiq məlumat yoxdur.
***
Qəzada yaralanan Adam Kadırov təcili şəkildə Moskvadakı xəstəxanalardan birinə köçürülüb.
Bu barədə “Fortanga” nəşrinin mənbəsi məlumat yayıb.
Qəza ilə bağlı Çeçenistan hakimiyyəti indiyədək rəsmi açıqlama verməyib.