Kallas fon der Lyayenlə münaqişəsinin səbəbini açıqladı

Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə fikir ayrılıqları onların şəxsi münasibətlərinə təsir etmir.

Oxu.Az xəbər verir ki, bu barədə Estoniyanın "KuKu" radiostansiyası məlumat yayıb.

Kallas bildirib ki, o, AK prezidenti ilə yaxşı münasibətdədir, lakin media onların münaqişəsini qadınlar arasında mübahisə kimi təqdim edir.

"Əslində, rəhbərlik etdiyim qurum əvvəldən Avropa Komissiyası tərəfindən bəyənilməyib. Bu, daha çox idarələrarası bir münaqişədir", - deyə diplomat bildirib.