Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas özünün Facebook səhifəsində Estoniyanın Ailə və Ənənələrin Qorunması Fondundan (SAPTK) üzr istəyib .
Teleqraf xəbər verir ki, bu barədə "EADaily" saytı məlumat yayıb.
Məlumata görə, Kallas Estoniya məhkəməsinin qərarı ilə üzr istəmək məcburiyyətində qalıb.
Kallasın 17 fevral 2022-ci il tarixli ifadəsində Ailə və Ənənələrin Qorunması Fondunu polis əməkdaşlarına hücum etməkdə və icazəsiz mitinq təşkil etməkdə ittiham edib. Ötən ilin dekabr ayında Estoniyanın Harju Rayon Məhkəməsi bu ittihamların yalan olduğuna dair qərar qəbul etmişdi.