Avropa İttifaqı (Aİ) Ukraynada müharibənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Ruslar bizim nümayəndələrimiz haqqında nə deyirsə, bunun bizim üçün nə əhəmiyyəti var? Biz onların nümayəndələri barədə nəsə deyirikmi? Hər kəs öz nümayəndəsini seçə bilməlidir", - Kaya Kallas vurğulayıb.