Kallas: Ukrayna güclü olmalıdır

“Avropanın təhlükəsizliyinin ən mühüm zəmanəti güclü Ukraynadır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas deyib.

Aİ rəsmisi Rusiyanı müharibəni dayandırmaq istəməməkdə ittiham edib.

“Avropa yalnız bir şeyi etməlidir: Ukraynaya hərbi, diplomatik və iqtisadi dəstəyin artırılması. Atəşkəs olacağı təqdirdə güclü Ukrayna ordusu Avropanın təhlükəsizliyinin ən etibarlı təminatı olacaq”, - Kallas bildirib.