Kəşfiyyat orqanları yarışda: “Peyvəndi tapan ölkə milyardlar qazanacaq”
09:43 25.04.2020
Dünya
540
Koronavirusla bağlı dünya ölkələrinin kəşfiyyat orqanları aktiv fəaliyyət aparır.
“Hürriyet”in məlumatına görə, bu barədə TOBB İqtisadiyyat və Texnologiya Universitetinin (TOBB ETÜ - Ekonomi və Teknoloji Ünversitesi) kəşfiyyat orqanlarının fəaliyyətinə dair təhlilləri ilə tanınan əməkdaşı Nihat Əli Özcan danışıb.
“Məsələn, epidemiya Uhanda başladığına görə, buradakı xəstəxanaların, səhiyyə idarələrinin öz aralarında və ya dövlət rəsmiləri ilə qurduqları təmaslar kəşfiyyat orqanlarının diqqətini çəkir. Xəstəxanalarda çalışanlarla əlaqə yaradıla bilər. Xüsusən, morq əməkdaşları, həmçinin məzarlıq işçiləri də yaxşı məlumat mənbəyi ola bilər.
Kəşfiyyat orqanlarının diqqətini çəkə biləcək ən önəmli mövzulardan biri də epidemiyanın qarşısını almaq üçün istər özəl şirkətlər, istərsə də dövlət orqanları səviyyəsində kimin nələr etməsi, bunların izlənməsidir. Dərman və peyvənd tapılması üzərində araşdırmalar xüsusilə diqqət çəkir.
Dərmanı və ya peyvəndi tapan ölkə patentini aldıqdan sonra qarşısında yeddi-səkkiz milyard insanlıq bir bazar görəcək. Bir ampula peyvənddən ən pis halda bir dollar qazansanız, əldə edəcəyiniz gəliri düşünün.
Üstəlik, peyvənd və dərman istehsalı zamanı gəlir heç vaxt bir dollar səviyyəsində olmaz. Hələ başlanğıc dövrdə qiymətlər daha yüksək ola bilər. Hər kəs bu istiqamətdə gizli fəaliyyət apararkən, bir-birini də yaxından izləyir”, - deyə N.Özcan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm