Şimali Koreya lideri Kim Çen In şəxsi təhlükəsizliyinə cavabdeh olan üç yüksək vəzifəli şəxsi vəzifədən azad edib.
Sherg.az xəbər verir ki, Cənubi Koreya rəsmilərinin bildirdiyinə görə, bu addım Kimə qarşı mümkün sui-qəsd təhlükəsi ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.
Dəyişikliklər oktyabrda keçirilən hərbi parad zamanı üzə çıxıb və xüsusilə dronlar və elektron hücumlara qarşı təhlükəsizlik tədbirləri ilə bağlı sahələri əhatə edir. Analitiklər bu qərarın Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi fonunda beynəlxalq risklərin artması ilə bağlı olduğunu bildirirlər.