KİV: ABŞ-ın Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı 80-ə çatıb

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkvəzifəli venesuelalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, şənbə günü həyata keçirilən hücum nəticəsində həlak olanlar arasında mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.