KİV: ABŞ müdafiə nazirinin həyat yoldaşı məxfi görüşlərdə iştirak edib
Yusif Nəzərli
12:14 29.03.2025
Dünya
333
ABŞ müdafiə naziri Pit Heqseth həyat yoldaşı Cennifer Heqsethi xarici hərbi liderlərlə həssas məlumatların müzakirə olunduğu iki görüşə aparıb.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal”da yazı dərc edilib.
Məlumata görə, keçmiş “Fox News” prodüseri olan Cennifer Heqseth ABŞ Müdafiə Nazirliyində rəsmi vəzifə daşımır. Buna baxmayaraq, o, Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə Pentaqonda və NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukrayna ilə bağlı müzakirələrdə iştirak edib.
Yazıda qeyd olunur ki, Con Healey ilə görüş ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığına dair açıqlamasından bir gün sonra baş tutub.
NATO-nun ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın Müdafiə Təmas Qrupunun toplantısında isə 50 ölkənin nümayəndələri iştirak edib. Burada məxfi məlumatlar, o cümlədən Ukraynaya edilən ianələr və hərbi yardımlar müzakirə olunub.
Mənbələrin “WSJ”-yə verdiyi məlumata görə, görüşlərdə iştirak edən bəzi rəsmilər Cennifer Heqsethin kim olduğunu bilməyiblər. Digərləri isə onun iştirakına təəccüblənsələr də, görüşlərin keçirilməsinə icazə veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm