KİV: ABŞ qoşunları Yaxın Şərqdəki hərbi bazalardan təxliyə olunur

ABŞ Qətər və Bəhreyndəki hərbi bazalarından qoşunlarını qismən geri çəkib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinin məlumat yayıb.

Saytın məlumatına görə, təxliyə İranla münasibətlərdə artan gərginlik və münaqişələrin eskalasiyası riskləri səbəbindən həyata keçirilir. Yüzlərlə əsgər Qətərdəki Əl-Udeyd hava bazasından, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki obyektlərdən çıxıb. Ümumilikdə, bu obyektlərdə 30 - 40 min arasında ABŞ hərbçisi yerləşdirilib.

"Görünür, bu, daha uzunmüddətli münaqişəyə hazırlıqdır", - deyə Kato İnstitutunun eksperti və Pentaqonun keçmiş rəsmisi Ketrin Tompson NYT-yə bildirib.