KİV: Dünya mis çatışmazlığı ilə üzləşə bilər

Süni intellekt, robototexnika və müdafiə sənayesinin inkişafı yaxın illərdə misə olan qlobal tələbatın sürətlə artmasına səbəb olacaq, lakin mövcud hasilat həcmləri bu tələbi qarşılamaq üçün kifayət etməyə bilər.

Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi "S&P Global" konsaltinq şirkətinin hesabatına istinadən xəbər verib.

Analitiklərin qiymətləndirməsinə görə, 2040-cı ilə qədər misə olan illik qlobal tələbat 2025-ci ildəki 28 milyon tondan 42 milyon tona çatacaq ki, bu da təxminən 50% artım deməkdir.

Eyni zamanda, yeni tədarük mənbələri tapılmazsa və təkrar emal aktivləşdirilməzsə, illik kəsir 10 milyon tonu keçə bilər ki, bu da tələbatın demək olar ki, dörddəbirinin təmin olunmamasına yol aça bilər.