KİV: Körfəz ölkələri Tramp komandasını İrana hücumdan çəkindirməyə çalışır

"Wall Street Journal"ın yazdığına görə, Səudiyyə Ərəbistanının başçılığı ilə Körfəz ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana mümkün hərbi hücumdan imtina etməyə razı salmağa çalışır.

Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər Vaşinqtonu xəbərdar edərək bildiriblər ki, İrana zərbə endirilməsi neft bazarlarını sarsıda, Hörmüz boğazında daşımaları poza və nəticədə ABŞ iqtisadiyyatına da zərər vura bilər.

Ağ Ev rəsmiləri isə Trampın İrana qarşı atılacaq addımlarla bağlı hələ yekun qərar vermədiyini, müxtəlif variantları dəyərləndirdiyini bildiriblər.