KİV: Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur
Yusif Nəzərli
15:56 05.04.2025
Dünya
456
Fransa Prezidenti Emmanuel Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur.
“Report” “Haber Global”a istinadən məlumatına görə, bu barədə "Intelligence Online" nüfuzlu xəbər saytında dərc olunan məqalədə deyilir.
Qeyd olunub ki, “Qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir.
"Intelligence Online" Makronun getdikcə daha çox kəşfiyyat yönümlü xarici siyasət yürütməyə başladığını bildirir.
Məqalədə Makron, həmçinin ölkə tarixində kəşfiyyat strukturuna ən çox səlahiyyət verən prezident kimi xarakterizə edilib.
Hərbi ekspertlər bildirirlər ki, ölkəni faktiki olaraq agentlər idarə edir. Mənbələr Makronu hakimiyyətə gətirən və onun hakimiyyətdə qalmasını təmin edən qüvvələr arasında kəşfiyyat dairələrinin xüsusi rolunun olduğunu vurğulayır.
Məqalədə qeyd olunub ki, Makron hər il kəşfiyyata ayrılan büdcəni artırır. 2017-ci ilin büdcəsi 2,4 milyard avro idi. 2023-cü ildə isə 3,1 milyard avroya yüksəldi:
“Həmin vaxt, həmçinin kəşfiyyat orqanlarında çalışanların sayı 13 faiz artıb. Makron tərəfindən yaradılan Milli Kəşfiyyat və Terrorla Mübarizə Koordinasiya Bölməsi böyüməyə davam edir. Bölmənin rəhbər işçilərinin sayı 6-dan 30-a çatdırılıb. Yelisey sarayına yaxın mənbələr Makronun kəşfiyyat işçilərinə həftəlik xarici siyasət missiyası verdiklərini bildirir. Xidməti yazışmalarda adlar əvəzinə “P3” və ya “E3” kimi kodlardan istifadə olunur”.
Məqalədə Makronun Azərbaycana da kəşfiyyat qrupu göndərdiyi iddia olunub. Bildirilib ki, Azərbaycan öz növbəsində Fransaya qarşı çox uğurlu əks-kəşfiyyat aparır. Belə k, Paris indiyədək Bakıda öz planlarını həyata keçirə bilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat