ABŞ Dövlət Katibi Marko Rubio Venesueladakı vəziyyətin idarə olunmasında aparıcı rol oynaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib.