KİV: Rusiyanın Odessaya zərbələri nəticəsində Ukraynanın taxıl ixracı azalıb

Rusiyanın Odessadakı limanlara hərbi hücumları nəticəsində Ukraynanın taxıl ixracı azalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Ukraynadan buğda ixracı Rusiyanın limanlaea hücumundan sonra dekabrda təxminən 25% azalıb.

Bununla belə agentlik qeyd edib ki, limanlarda vəziyyət son vaxtlar yaxşılaşıb. Bu da taxıl terminallarında əlavə dizel generatorlarının quraşdırılması sayəsində mümkün olub.