ABŞ-nin "United Against Nuclear Iran" (UANI) qeyri-hökumət təşkilatı Prezident Donald Tramp Administrasiyasına İran ərazisindəki 50 strateji əhəmiyyətli obyektin koordinatlarını əks etdirən sənəd təqdim edib.
Oxu.Az bildirir ki, bu barədə "Daily Mail" nəşri UANI-yə istinadən xəbər verir.
Məlumata görə, ötürülən məlumatlar məlumatlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahının dəqiq koordinatları də yer alıb.
Qeyd edilir ki, bundan əlavə, Ağ Evə SEPAH-ın Tehranın müxtəlif rayonlarında yerləşən dörd idarəsinin, habelə SEPAH və onun tabeliyində fəaliyyət göstərən "Bəsic" könüllü silahlı təşkilatının 23 regional bazasının koordinatları da verilib.