Məsləhətçilərdən biri isə 92 yaşlı keçmiş sovet mütəxəssisidir
"The Wall Street Journal"ı yazır ki, Ukraynanın hazırladığı qabaqcıl FP-5 raketi qeyri-rəsmi olaraq “Flaminqo” adlanır və əsasən SSRİ dövründən qalan texnologiya və detallar üzərində qurulub.
Sherg.az xəbər verir ki, məlumata görə, raketin reaktiv mühərrikləri köhnə sovet təyyarələrindən götürülüb. Layihə üzərində işləyən Fire Point şirkətinin texniki direktoru İrina Terexin sözlərinə görə, istehsal zamanı sovet raketqayırma dərsliklərindən istifadə olunur, məsləhətçilərdən biri isə 92 yaşlı keçmiş sovet mütəxəssisidir.
İddialara əsasən, FP-5 raketinin uçuş məsafəsi 2,9 min kilometrdən çoxdur, döyüş başlığının çəkisi isə təxminən 1,1 tondur. Lakin ekspertlər bu göstəricilərin hələ praktiki olaraq təsdiqlənmədiyini bildirirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl “Flaminqo” raketlərinin əksəriyyətinin Rusiya HHM sistemləri tərəfindən məhv edildiyini və istehsalda texniki çətinliklərin yaşandığını açıqlamışdı.