
Kiyev meydanda tək buraxıldı: Ukraynanın bu gün yaşadıqları digər ölkələr üçün dərs olmalıdır
12:32 18.02.2025
Dünya
410
“Ukrayna yüz minlərlə insanı itirirsə də, çıxılmaz vəziyyətdə qaldı .Bir tərəfdən ABŞ-ın dəstəyi olmadan müharibədə tarazlığı əldən vermək, daha çox torpaq, can və enerji itirmək, hətta ölkəsinin tamamilə işğal etmək riski var. Digər tərəfdən isə ABŞ-ın dəstəyini alarsa, ölkənin resurslarını və strateji obyektlərini Vaşinqtona uduzacaq. Çünki Tramp Ukraynanın mineral, təbii qaz ehtiyatları və ən azı 500 milyard dollar dəyərində strateji obyektlərinin ABŞ qanunlarına uyğun istifadə olunmasını istəyir”.
Bu sözləri "Sherg.az"a açıqlamasında türk hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib.
O, qeyd edib ki, ABŞ Konqresinin qəbul etdiyi “5” Ukrayna paketinin ümumi məbləği 175 milyard dollardır. Bunun da 70 milyard dolları ABŞ-da silah istehsalına xərclənib:

“Deməli, Trampın dediyi 300 milyard dollar ağıla sığmaz rəqəmdir. Digər tərəfdən, ABŞ Ukrayna müharibəsinə görə Aİ-yə dəhşətli satışlar edərək, Rusiya və Avrasiyaya qarşı qeyri-adi geosiyasi üstünlük və təşəbbüs qazanıb. Həmçinin qlobal hökmranlığı üçün lazım olan resurslar naminə NATO ölkələrinin müdafiə xərclərini əvvəlcə iki, sonra isə üç dəfə artıraraq Rusiya üzərində mənəvi üstünlük əldə etdi. Tramp ən azı 500 milyard dollar istəyir. Amma maraqlısı odur ki, rusların sızdırdığı sənədə və digər təfərrüatlara nəzər salsanız, Trampın baxışlarının xeyli yüksək olduğunu görə bilərsiniz. Bəzi xarici mənbələr Ukraynanın qiymətli metalları və karbohidrogen ehtiyatlarının 26 trilyon dollar dəyərində olduğunu təxmin edir. Qəribə deyilmi?
Ukraynada vaxtilə nüvə silahı var idi. Əslində o, dünyanın ən böyük nüvə güclərindən biri idi. Sonra Budapeşt Memorandumunu imzaladı. Bununla da Ukrayna ABŞ, Böyük Britaniya və Rusiyanın verdiyi geosiyasi təhlükəsizlik zəmanətlərini qəbul edərək, nüvə qabiliyyətini və çəkindirici qüvvəsini öz əlləri ilə məhv etdi. Əslində, sözü o tərəf, bu tərəfə çəkməyə ehtiyac yoxdur. O, həm daxildən, həm də xaricdən manipulyasiya edildi, yığışdırıldı və ölkənin nüvə qabiliyyəti əlindən alındı. Və bu nəticələr ortaya çıxdı. Ukraynanın bu gün yaşadıqları digər ölkələr üçün dərs olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm