Kiyevdə bir neçə partlayış baş verib

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar qeydə alınıb.

APA xəbər verir ki, bu barədə “Obşestvennoye. Novosti” nəşri məlumat yayıb.

Hadisənin detalları hələ açıqlanmayıb.

Hazırda Kiyev və ölkənin bir sıra vilayətlərində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq rejimi qüvvədədir.