Kiyevdə partlayış baş verdi

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Hazırda şəhərdə hava həyəcanı siqnalı elan edilib.

Qeyd edilir ki, səhər saatlarında da Kiyevdə partlayışların olması barədə informasiya yayılmışdı.