Ukraynada Yeni il bayramı ilə əlaqədar olaraq hərbçilərin iştirakı ilə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kommunikasiya Departamentinin rəis müavini Viktoriya Ponomareva məlumat yayıb.
“Komendant saatının pozulması həbslə nəticələnəcək və fişəng atmağa görə xeyli cərimələr tətbiq olunacaq”, - məlumatda bildirilib.