Rusiya gecə boyu Ukraynaya dronlar və ballistik raketlərlə hücum edərək Kiyevdə və ətraf bölgədə xəsarətlərə və dağıntılara səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Bildiirlib ki, Kiyev şəhərinə hücum nəticəsində 22 nəfər xəsarət alıb. Yaralılar arasında iki uşaq var.
Şəhərin bir neçə rayonunda dağıntılar qeydə alınıb, yaşayış binalarında və mülki obyektlərdə yanğınlar baş verib.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücumdan sonra paytaxtın təxminən üçdə birinin istilik təchizatı kəsilib, sol sahilin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.
Kiyev vilayətində isə hücum nəticsində bir qadın həlak olub, bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı xilasetmə işləri davam etdirilir.