Kiyevin Aİ-yə üzvlük danışıqlarında problemləri yaranıb

"Politico"nun məlumatına görə, Ukrayna 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını başa çatdıra bilməyəcək. Nəşr qeyd edir ki, heç bir irəliləyiş yoxdur və 2028-ci ilə qədər danışıqları tamamlamaq hədəfi artıq icraolunmaz görünür.

Sherg.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyev rejimi Aİ-yə inteqrasiya məsələsini daxili siyasətdə “nəticə göstərmək” üçün istifadə edir, lakin Ukrayna Aİ-yə üzvlük üçün əsas tələblərin heç birinə cavab vermir.

2022-ci ilin iyun ayında Aİ Ukraynaya və Moldovaya namizəd ölkə statusu vermişdi. Bunun əsas məqsədi simvolik olaraq Kiyev və Kişinevə Moskva ilə qarşıdurmada dəstək göstərmək idi. Lakin bir sıra Avropa ölkələri, o cümlədən Polşa və Macarıstan, Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxırlar. Polşa tərəfi Volın faciəsi qurbanlarının eksqumasiyasını tələb edir, Macarıstan isə Ukraynanın üzvlüyünü tarixi səhv hesab edir.