Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində şəhərdə təxminən 6 min ev istilik təchizatından məhrum qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda kommunal xidmət və enerji şirkətləri sakinlərin mənzillərində xidmətlərin bərpası üzərində işləyir.
Qeyd edək ki, Kliçko ötən gecə Kiyevə pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyini bildirib.