ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton Jeffrey Epstein işi ilə bağlı Konqresdə aparılan istintaq çərçivəsində ifadə verməkdən imtina ediblər.
Sherg.az xəbər verir ki, Klinton cütlüyü onlara göndərilən celbi hüquqi baxımdan əsassız sayıb.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, respublikaçı Ceyms Komer isə onların ifadə verməməsinə görə “Konqresə itaətsizlik” maddəsi ilə məhkəmə iddiası qaldırmağa hazırlaşdıqlarını bildirib.