Klosi: Albaniya 2026-cı ildə TAP vasitəsilə Azərbaycan qazının idxalına başlayacaq
Klosi: Albaniya 2026-cı ildə TAP vasitəsilə Azərbaycan qazının idxalına başlayacaq
Yusif Nəzərli
19:30 15.05.2025
Dünya
325
Albaniya 2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz idxalına başlamağa hazırlaşır.
“Report”un Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
“Albaniya ilk dəfə (2026-cı ildə – red.) TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir”, – Klosi “Report”un sualına cavabında qeyd edib.
Onun sözlərinə görə, Albaniya qazlaşdırma sahəsində geri qalmağı aradan qaldırmağa çalışır və təchizat layihəsini strateji hesab edir.
Qeyd edək ki, TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır. Bunun 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual