Kobaxidze Trampa dəstək ifadə edib: Qlobal Müharibə Partiyası asan təslim olmayacaq
Yusif Nəzərli
07:45 01.03.2025
Dünya
853
Görünür, Qlobal Müharibə Partiyası asanlıqla təslim olmayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tramp-Zelenski mübahisəsinə münasibət bildirərkən deyib.
Tramp-Zelenski mübahisəsinə reaksiya
“Prezident Tramp və onun sülh administrasiyası minlərlə ukraynalının qətlinin başlamasına görə məsuliyyət daşıyanlar tərəfindən qınanılır. Qlobal Müharibə Partiyası Prezident Trampa qarşı dərhal Cin Şahendən Brüsseldəki müxtəlif rəsmilərədək eyni sözçülərini səfərbər etdi.
Sülh və müharibə qüvvələri arasında aydın xətt
Dünən sülh istəyən, ukraynalıların taleyinin qayğısına qalan qüvvələrlə ən son ukraynalının ölümünü istəyən qüvvələr arasında aydın xətt çəkildi. Həmçinin bu da aydın oldu ki, Qlobal müharibə partiyası və Dərin Dövlət o qədər də asan təslim olmayacaqlar. Bizim üç ildir ki, mübahisəsini etdiklərimiz bir daha təsdiqləndi – ABŞ və Qlobal Müharibə Partiyası iki ayrı qurumdur. Müharibə tərəfi ilə sülhsevər qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur.
Ukraynada müharibənin tez bitməsinin əhəmiyyəti
Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq. Ukraynada müharibə nə qədər tez bitsə, bir o qədər az ukraynalı həyatını itirəcək və bütövlükdə regionda sülh bir o qədər tez bərqərar olacaq. Prezident Trampa bu çətin mübarizədə dözüm və cəsarət arzulayıram”, - Kobaxidze Feysbuk paylaşmında qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya