Kolumbiya ABŞ-dan real hərbi təhlükə ilə üz-üzədir.
APA xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro BBC-yə müsahibəsində deyib.
Petro ABŞ Prezidenti Donald Trampla telefon söhbəti barədə danışarkən, bir saatdan az davam edən telefon söhbətinin əksər hissəsində Trampın yox, özünün danışdığını bildirib.
Kolumbiya lideri ölkəsinin Venesuela barədə baxışı, ABŞ-ın Latın Amerikasındakı siyasəti, Kolumbiyada iddia olunan narkotik dövriyyəsi ilə bağlı Trampa məlumat verdiyini qeyd edib.