Kolumbiya prezidenti silaha sarılmağa hazır olduğunu bildirib

ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutan komandir dərhal vəzifəsindən azad ediləcək. Konstitusiyamız silahlı qüvvələr qarşısında milli suverenliyi müdafiə etmək məcburiyyəti qoyur.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampın təhdidlərindən sonra sosial şəbəkələrdə yazıb.

"1989-cu il sülh müqaviləsindən sonra bir daha silaha toxunmayacağıma and içdim, amma ölkəm üçün yenidən silaha sarılacağam. Mən qanunsuz yolla seçilmiş prezident deyiləm, narkotik ticarəti ilə məşğul olmuram. Yeganə əmlakım evimdir, mən maaşımla dolanıram." - Petro deyib.