Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib

Körfəz ölkələri İrandan bölgədəki hücumlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsini tələb edib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasını Tehranın dəymiş zərəri ödəməsini tələb etməyə çağırıb.

Təşkilatın məlumatına görə, fevralın 28-dən etibarən İran bölgə ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı göndərib.