Kral Çarlzın fikri dəyişir: Harri Uilyamdan daha yaxşı oğuldur
09:29 12.09.2025
Dünya
366
İngiltərə kral ailəsində tarazlıq yenidən sarsılır.
Sherg.az xəbər verir ki, Məşhur bioqraf Tina Braunun sözlərinə görə, Kral Çarlz uzun müddətdir görüşmədiyi oğlu Şahzadə Harridən çox, vəliəhd Şahzadə Uilyama əsəbiləşir.
Braun kral ilə vəliəhd arasındakı gərginliyin getdikcə artdığını bildirib.
İddiaya görə, 43 yaşlı Şahzadə Uilyamın son yeddi ayda beş dəfə tətilə çıxması və aşağı tempolu proqramı xərçənglə mübarizə aparan atasının ağır iş qrafiki ilə müqayisədə narazılıq doğurur.
Çarlz son 12 ayda 175 rəsmi tədbirdə iştirak edib. Uilyamın “ata kimi imic” üzərindən qurduğu ictimaiyyətlə əlaqələr xətti də kral tərəfindən gizli tənqid kimi qəbul olunur.
Şahzadə Harri İngiltərədəki dörd günlük tək ziyarətində köhnə dostları ilə görüşüb, yardım təşkilatlarını dəstəkləyib və Diana Mükafatı çərçivəsində gənclərlə bir araya gəlib.
Sasseks hersoqu Klarens Hausda atası ilə 54 dəqiqəlik xüsusi görüş keçirib və uzun fasilədən sonra ictimaiyyətdən müsbət reaksiyalar alıb.
Brauna görə, Harrinin “pozitivlik kampaniyası” Britaniya xalqı ilə buzları əridən bir başlanğıc olub.
Uşaqlara Yardım layihəsinə öz cibindən etdiyi 1,1 milyon funtluq ianə də Uilyamın milyonlarla funt büdcəsi ilə nə etdiyi sualını gündəmə gətirib.
Harri Londondakı Invictus qəbulunda da şən davranışları ilə diqqət çəkib. Atası ilə görüşündən dərhal sonra jurnalistlərin “Kral necədİr?” sualına “Əladır, təşəkkürlər” cavabını verib.
Tina Braun Harrinin İngiltərəyə qayıdışını uğurlu sayıb, lakin bunun Uilyam üçün “pis xəbər” olduğunu vurğulayıb.
“Kral hazırda oğulları arasında ən çox Uilyamdan narazıdır” deyən Braun, Uilyamın ailə tətiləri və məhdud rəsmi tədbirlərinin, xüsusilə xalqın gözündə, vəzifə hissindən uzaq bir təsir bağışladığını bildirib.
Harrinin turunu dəyərləndirən sözçüsü isə belə deyib: “Birləşmiş Krallığa qayıtmaqdan, köhnə dostları və həmkarları ilə görüşməkdən, dəyər verdiyi işlərə dəstək verməkdən çox məmnun qaldı.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət