Kraliça yox idi, sarayda əyləncə vardı - Şahzadə Endryu ifşa olundu

Jeffrey Epstein qalmaqalı ilə bağlı açıqlanan milyonlarla sənəd Böyük Britaniya krallığını da gündəmə gətirib. Sənədlərə görə, 2010-cu ildə Kraliça II Elizabet ölkə xaricində olarkən, keçmiş şahzadə Endryu Epstein və bir neçə xarici qadınla Buckingham Sarayında gizli məclis təşkil edib. Qadınlardan bəzilərinin model olduğu bildirilir.

Sherg.az xəbər verir ki, ingilis müəllif Endryu Launi hadisə ilə bağlı araşdırma aparılmalı olduğunu vurğulayıb. Epstein işi ilə əlaqədar daha əvvəl Endryuya qarşı iddialar irəli sürülmüş, bu səbəbdən onun krallıq titulları ləğv edilmişdi. Yeni sənədlər Epsteinin ölümü ilə bağlı da sualları yenidən gündəmə gətirib.