Rusiyanın Krasnodar diyarında əlverişsiz hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Teleqraf TASS-a istinadla xəbər verir ki, Abşeronsk, Xadıjenskoye və Nefteqorskoye rayonlarında, həmçinin Tverskoye, Novopolyanskoye və Nijeqorodskoye kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bəzi yaşayış məntəqələri tamamilə işıqsız və rabitəsiz qalıb.
Hazırda 35 texnika cəlb olunmaqla yolların açılması və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.