Kreml Zaporojye AES-də istehsal olunan elektrik enerjisini bölüşmək istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” amerikalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, məsələ Əbu-Dabidə keçirilən görüşdə müzakirə olunub.
Mənbə bildirib ki, Zaporojye AES-də istehsal olunan enerjinin paylanması və stansiya üzərində nəzarət məsələsi ilə bağlı razılaşmalar hələ əldə olunmayıb.