Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır
Yusif Nəzərli
06:17 09.10.2025
Dünya
513
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də müsbət və konstruktiv telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Kreml görüşə nikbin baxır və prezidentlər problemli məsələləri müzakirə edəcəklər.
"Hazırda biz Putinin Tacikistana dövlət səfərindən danışırıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, ayrıca olaraq Rusiya-Azərbaycan münasibətləri məsələsidir. İki prezidentin bu gün görüşəcəyi ilə bağlı razılıq əldə olunub. Biz bu görüşün nəticələrinə baxacağıq. Biz bu baxımdan nikbinik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcək və mövcud problemli məsələlər barədə danışacaqlar", - Kreml sözçüsü bildirib.
O əlavə edib ki, Putinlə Əliyev arasında oktyabrın 7-də baş tutan telefon danışığı "yaxşı, müsbət və konstruktiv" olub və bu gün keçiriləcək görüşlə bağlı razılıq məhz həmin söhbət zamanı əldə olunub.
Qeyd edək ki, Kremlin açıqladığı məlumata görə, bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə